Beynimiz necə fəaliyyət göstərir?

Ayrı-ayrı şəkil hissələrini yerə düzün və fərz edin ki, bunlar dünyaya aid bütün məlumatlardır. Məsələn, bəzi hissələr işıq, bəzi hissələr rəng, bəzi hissələr də səslər olsun. İndi bu hissələri bir-bir əlinizə alın və şəkli tamamlayana qədər birləşdirin. Sizin uzun müddət düşünərək etdiyiniz bu hərəkəti Allahın ilhamı ilə hərəkət edən beyniniz saniyədə yüz dəfə edə bilir. Necə?

 

Beyin gözlərdən, burundan, qulaqlardan, dəridən, ağızdan gələn məlumatları bir yerə toplayaraq nəticə çıxarır. Bunu edən isə beynimizdəki 100 milyard sinir hüceyrəsidir. Bu hüceyrələr fasiləsiz olaraq fəaliyyət göstərərək sizin yediyiniz almanın rəngini görməyinizə, ən yaxın dostunuzun səsini tanımağınıza, kartof qızartmasının qoxusunu hiss etməyinizə imkan yaradır.

 

Yan səhifədəki şəkildə beyinin içində danışan, görən, duyan, qoxulayan, hərəkət edən, yatan uşaqları görürsünüz. Əlbəttə ki, bu xəyali bir şəkildir. Bu şəkil beyinin hansı nahiyəsində hansı hərəkətlərin baş verdiyini göstərmək üçündür. Əslində isə beyinin içindəkilər yalnız mikroskopik sinir hüceyrələridir. Bəs necə düşünürsünüz, sinir hüceyrələri ən çox sevdiyiniz oyuncağı görə və ya şokoladlı dondurmanın dadını hiss edə bilərmi? Əlbəttə ki, bu mümkün deyil.

 

Çünki sinir hüceyrələri incə ipə bənzəyən ət parçalarından ibarətdir. Bu halda, ətrafımızdakı ideal dünyanı yaradan  çox yüksək bir qüvvə sahibi olmalıdır. Bu qüvvənin sahibi Allahdır. Hər şeyin sahibi olan Allah ətrafımızdakı hər şeyi qüsursuz yaradır və bizə gözəl bir həyat verir. Bizim vəzifəmiz isə Rəbbimizə şükr etməkdir. Allah Quranda gözlərimizi və qulaqlarımızı örnək verərək buna şükr etməli olduğumuzu belə bildirir:

 

“Sizə qulaq, göz və ürək verən Odur. Siz çox az şükür edirsiniz” (Muminun surəsi, 78)