Bənzəri yaradıla bilməyən möcüzəvi maye: qan

Alimlər qanın bənzəri olan bir maye hazırlamaq üçün bu günə qədər çoxlu tədqiqatlar aparmışlar. Lakin bunun mümkün olmadığını görüb qanın təqlidindən əl çəkmiş və öz araşdırmalarını başqa səmtə çevirmişlər.

 

Alimlər qanı təqlid edə bilməzlər, çünki araşdırmaq üçün damardan götürülən qan dərhal laxtalanaraq strukturu pozulur. Qanı şüşə kolbada saxlamaqla araşdırmaq istəsək də bu bir nəticə verməz. Çünki qan hüceyrələri kolbada tam olaraq canlı qala bilmir.

 

Buna görə də alimlər qanın tərkibindəki hüceyrələri bir-bir götürərək araşdırmaq məcburiyyətində qalmışlar. Hətta uzun illər ərzində qazanılan elm sayəsində təqlid də edilə bilməyən belə mükəmməl bir maddənin təsadüfən əmələ gəldiyi düşüncəsi mövcud olan ən ağılsız və ən məntiqsiz iddialardan biridir. Allah qanı bənzəri olmayan bir maddə olaraq yaratmışdır. Çoxlu möcüzəvi xüsusiyyətlərə malik olan qan hüceyrələri Allahın sonsuz ağlının orqanizmimizdəki örnəklərindən yalnız biridir.