Orqanizmimizdə fasiləsiz işləyən kondinsioner

Fikir vermədiyiniz proseslərdən biri də tənəffüs prosesidir. Burun, nəfəs borusu və ağciyərlərin yerinə yetirdiyi bu funksiya zamanı çoxlu proseslər baş verir. Əslində, sizin nəfəs almağınız orqanizminizdəki hüceyrələrin oksigenlə qidalanması deməkdir. Hüceyrələr oksigenlə qidalanmasa yaşaya bilməz. Buna görə də çox qısa müddət nəfəs almadan qala bilərsiniz. Bu müddət uzanarsa, hüceyrələrinizin ölməsi ilə birlikdə orqanizminiz də ölə bilər.

 

Nəfəs aldığınız zaman burnunuza dolan hava təmizlənməyə başlayır. Xüsusi bir kondinsioner kimi işləyən burnumuzun içində süzgəc funksiyasını yerinə yetirən tükcüklər çirkli, isti, soyuq və ya rütubətli havanı ağciyərlərimiz üçün müvafiq vəziyyətə gətirir. Bu tükcüklər sayəsində nəfəs aldığımız hava süzülür, təmizlənir, nəmləndirilir, isidilir və içindəki bakteriyalardan təmizlənir. Burnumuzdakı bu kiçik tükcüklər sayəsində orqanizmimiz hər gün təxminən 20 milyon yad maddədən müdafiə olunur.

 

20 milyon rəqəmi Türkiyənin ən çox əhali yaşayan İstanbul şəhərindəki əhalinin sayından təxminən 3 dəfə çoxdur. Burnumuzun bu qədər yad maddəni müəyyən etməsi çox incə və müfəssəl bir prosesdir. 20 milyon yad maddənin müəyyən edilməsinin və onların burundan keçməsinə izin verilməməsinin təsadüfi olması qeyri-mümkündür. Bu hal Allahın yaratma gücünün böyüklüyünü sübut edir.

 

Lakin bəzi insanlar həqiqəti bildikləri halda, bunun təsadüf olduğunu iddia edirlər. Təkamül nəzəriyyəsinə inanan bu insanlar bütün canlıların, bura qədər sizə orqanizmimizlə bağlı bəhs etdiyimiz hər şeyin keçmişdə bir gün öz-özündən və təsadüfən yarandığı iddiasını irəli sürürlər. Nə üçün belə düşünürlər? Allahın varlığını inkar etmək üçün. Onların iddiasına görə bunun yeganə yolu var, hər şeyin təsadüfən yarandığını iddia etmək. Lakin bu iddianın nə qədər məntiqsiz olduğunu dərk etmək üçün azca düşünmək kifayətdir. İndi isə burnumuzdakı sistemdən misal gətirərək bunun bir daha şahidi olaq.

 

Burnumuzdakı kondinsioner sistemi orqanizmimizin digər qüsursuz hissəsidir. Əlbəttə ki, belə ideal sistemin təsadüfən mövcud olması mümkün deyil. Bunun mümkün olmadığını daha yaxşı dərk etmək üçün belə bir misal göstərək. Sizi yayda istidən qoruyan, qışda istilik verən və uzaqdan idarə etdiyiniz kondinsioner təsəvvür edin. Bu mexanizmin təsadüfən yaranması mümkündürmü? Bütün hissələrini yerdə ayrı-ayrılıqda qoysanız, bu hissələr müəyyən zaman ərzində toplanıb öz-özünə qüsursuz çalışan kondinsionerə çevrilə bilərmi?

 

Bu, əlbəttə ki, mümkün deyil. Hər hansı bir mexanizmin hazırlanması üçün onun üzərində ağıllı bir insan ciddi şəkildə işləməlidir. Bunun əksini təsəvvür etmək mümkün deyil. Nəinki mexanizm, hətta ən sadə pazl oyununda da düzgün şəklin alınması üçün bir nəfər bu şəkilləri düzgün yerləşdirməlidir. Orqanizmimizdə kondinsioner kimi işləyən burnumuz da bir neçə hissədən ibarətdir və dünyadakı bütün kondinsionerlərdən daha ideal sistemə malikdir. Kondinsioner təsadüfən əmələ gəlmədiyi kimi, ondan daha mükəmməl olan burnumuz da təsadüfən yaranmamışdır. Bu da bizə “dünyanın bənzərsiz, ən yaxşı kondinsioner sistemi” kimi tanınan burnumuzun Rəbbimiz tərəfindən yaradıldığını göstərir. Bir ayədə Allah belə buyurur:

 

“O, yaradan, yoxdan var edən və surət verən Allahdır. Ən gözəl adlar  ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvə və hikmət sahibidir!” (Həşr surəsi, 24)