Bədənimizin mikroskopik mühərrikləri olan əzələlərimiz

Əzələlər orqanizmimizin enerji stansiyalarıdır. Funksiyaları enerjini gücə çevirmək və bunu qüsursuz olaraq ömür boyu yerinə yetirməkdir. Bəzən biz bunu hiss edir, bəzən isə heç fikir də vermirik. Məsələn, bəzi əzələlərimiz bizim heç bir iştirakımız olmadan işləyirlər. Ürək və mədə əzələləri bu qəbildəndir. Biz onların fəaliyyətinə nəzarət edə bilmərik. Bizim idarə etdiyimiz əzələlərimiz isə skeletə bağlı olan əzələlərdir. Orqanizmimizdə 650 ədəd belə əzələ var. Biz hərəkət etdiyimiz zaman sümüklərlə birlikdə bu əzələlər də bükülür və açılır.

 

Əzələləri qan damarları və sinirlər hərəkətə gətirir. Qan damarları vasitəsilə əzələlərə oksigen və qida gəldiyi halda, sinirlər vasitəsilə də əzələnin hərəkəti təmin edilir.

 

Bu andan etibarən əzələlərinizin nəzarəti tamamilə sizin ixtiyarınıza verilsəydi, nə baş verərdi? Məsələn, bir anlığa təsəvvür edək ki, ürək əzələlərinizin idarə edilməsi sizin öhdənizə verilib. Belə olduğu halda siz başqa heç bir iş görmədən bütün vaxtınızı ürək əzələnizin bükülüb-açılmasına sərf etməli olacaqsınız. Çünki ürək əzələnizin bir an dayanması sizin həyatınzın bitməsi deməkdir. Yatdığınız zaman isə - artıq ürəyinizə nəzarət edə bilmədiyiniz üçün - ölümünüz qaçılmaz olacaq. Lakin bu mümkün deyil. Çünki orqanizmimizdəki ideal nəzarət sayəsində biz bunları düşünmək məcburiyyətində qalmırıq.

 

Bizim üzərimizə düşən vəzifə isə yalnız bizə bütün bu yüngüllüyü verən sonsuz şəfqət və mərhəmət sahibi Rəbbimizə şükür etmək və Onun razı qalacağı əxlaqı göstərməkdir. Allah yalnız Ona ibadət etməyimizi bir ayədə belə bildirmişdir:

 

“O Allah Rəbbinizdir! Ondan başqa heç bir Tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!” (Ənam surəsi, 102)

 

 

 

 

Əzələləriniz bir-biri ilə həmahəng şəkildə fəaliyyət göstərir

Güldüyünüz zaman üzünüzdə 17 əzələnin eyni vaxtda büküldüyünü bilirsinizmi? Əgər bunlardan biri bükülməsə və ya funksiyasını səhv yerinə yetirsə, gülümsəyə bilməzsiniz, həm də üzünüz mənasız bir ifadə alar.

 

Üzünüzdə mimika funksiyasını yerinə yetirən cəmi 28 ədəd bir-birindən ayrı əzələ var. Bu əzələlərin eyni anda bükülməsi sayəsində minlərlə müxtəlif ifadə əmələ gətirə bilərsiniz. Əsəbilik, təəccüb, sevinc, gülümsəmə kimi ifadələri bu əzələlərin köməyi ilə bildirirsiniz. Üz əzələlərinizlə birlikdə orqanizminizdəki digər əzələlər də bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Məsələn, yalnız bir addım atmaq üçün ayaqlarınızda və belinizdə olan 54 əzələ eyni vaxtda fəaliyyət göstərir. Bunun kimi daha yüzlərlə hərəkəti əzələlərimiz sayəsində asanlıqla edirik və bunlar bizə təbii gəlir. Lakin bütün bu məlumatları oxuduqdan sonra bir daha düşünməliyik.

 

Çünki əzələlərimiz bizim müdaxiləmiz olmadan fəaliyyət göstərir. Əgər əzələlərimiz normal fəaliyyət göstərməsəydi, nəinki qaçmağımız, üzməyimiz və velosipedə minməyimiz, hətta addım atmağımız da mümkün olmazdı. Bu səbəbdən yadda saxlamalı olduğumuz mühüm bir həqiqət var. Allah orqanizmimizdə qüsursuz sistem yaratmışdır. Bu, Rəbbimizin bizə hədiyyəsidir. Biz də daim Allahın bizə qarşı olan sonsuz mərhəmətini düşünməli, Allahın böyüklüyünü xatırlamalı və şükr etməliyik.