Sınmış sümük necə bərpa olub bitişir?

Sümüklərin çox sərt və möhkəm quruluşa malik olmasından bəhs etdik. Lakin bu xüsusiyyətlərə baxmayaraq, bəzən sümüklərimiz güclü zərbəyə məruz qaldıqda sınır. Bəs sonra nə olur? Sümük öz-özünü müalicə edir. Həkimlər sınmış sümüyü bərpa etmək üçün onu gipsə salırlar. Bundan başqa üsul yoxdur. Çünki onsuz da sümüyün özü-özünü sağaltma mexanizmi var. Sümüyün sındığı zaman özü-özünü bərpa etməsi və sonra əvvəlkindən daha möhkəm olması çox qeyri-adi hadisədir.

 

Bu möcüzəli hadisə belə baş verir: Əvvəlcə sınmış sümüyün ətrafındakı qan laxtalanır və “hematom” adlı nəhəng qan laxtası əmələ gəlir. Bu nəhəng laxta sizin də çox yaxşı bildiyiniz, dərinizdəki yaranın üzərində əmələ gələn təbəqədir. Sümükyaradıcı hüceyrələr ifraz etdikləri minerallarla bu laxtanı sərt sümüyə çevirirlər. Bu proses bitdiyi zaman bu dəfə sümük formalaşdıran hüceyrələr işə başlayır. Sümük formalaşdıran hüceyrələr də mahir heykəltəraş kimi hərəkət edərək əridici turşu olan xlorid turşusu vasitəsilə yeni sümüyü yonub ona forma verməyə başlayır. Bu proses sümük əvvəlki formasını alana qədər davam edir. Hətta sümüyün sınmasından 1 il sonra da sümük formalaşdıran hüceyrələr siz hiss etmədən sümüyünüzün əvvəlki formasını alması üçün heykəltəraş kimi yonma işini səbrlə davam etdirirlər.

 

Siz də artıq dərk etdiyiniz kimi, gözlə görülməyəcək qədər kiçik varlıqlar olan sümük hüceyrələrinin gördüyü bütün bu işlər yüksək şüurun göstəricisidir. Çünki hüceyrələrin görmək üçün gözləri yoxdur, lakin sümük əmələ gətirə bilirlər. Bundan əlavə, boşluğun dolduğunu hiss edib işlərini nə vaxt bitirəcəklərni də bilirlər. Bundan sonra sümük formalaşdıran hüceyrələr yeni əmələ gələn sümüyün üzərinin kobud olduğunu müəyyən edib sümüyü yonmağa başlayırlar. Bunun üçün də sərt sümüyü əridə biləcək güclü turşudan istifadə edirlər, lakin bu turşudan da bəzən az, bəzən də çox istifadə edərək sümüyü lazımi formaya salırlar.

 

Gördüyünüz kimi, bütün sümük hüceyrələri nəyi, necə və harada edəcəklərini çox yaxşı bilirlər. Sümüklərimizin sağalması üçün yaradılan sistem qüsursuz işləyir və sümüyün özü-özünü bərpa etməsini təmin edir. Alimlər illərdir böyük əzmlə sümüklərin bu xüsusiyyətinin bənzərini hazırlamağa çalışırlar. Lakin bu, hələ mümkün olmamışdır.

 

Sümük hüceyrələrimiz insanların bənzərini hazırlaya bilmədiyi bu qabiliyyəti necə qazanmışlar? Sınmış sümüyü bərpa etmək üçün hansı vasitələrdən istifadə etmək və hansı prosesləri aparmaq lazım olduğunu hüceyrələr necə bilirlər? Bəzi hüceyrələr parçalama funksiyasına malik olduğu halda, digərləri də hüceyrəyə forma vermə funksiyasını daşıyır. Bu funksiyaları təyin edən kimdir? Necə olur ki, heç bir qarışıqlıq baş vermir və bütün hüceyrələr öz funksiyalarını vaxtında yerinə yetirirlər? Sümük hüceyrələri bütün bunları özləri öyrənmişlərmi?

 

Əlbəttə ki, gözlə görünməyən hüceyrələrin bu qeyri-adi işləri öz istəkləri ilə görməsi mümkün deyil. Bunları təsadüfən öyrənmələri də qeyri-mümkündür. Sümük hüceyrələrimiz onları yaradan yüksək ağıl sahibi Allahın verdiyi ilhamla hərəkət etdikləri üçün mahir bir heykəltəraş kimi sümüklərə forma verirlər.

 

 

 

Orqanizmimizdəki hüceyrələrin sümükləri necə əmələ gətirdiyini heç düşündünüzmü?

Orqanizmimizdəki 206 sümüyün əksəriyyəti bir-birindən fərqlidir. Onların müxtəlifliyi ilk yarandıqları zaman, yəni siz hələ ananızın qarnında olarkən başlayır. Tədricən sayı artan hüceyrələr müxtəlif formalar alırlar ki, sanki onlara orqanizmin hansı hissəsinin hüceyrəsi olmaq öyrədilib.

 

Bəzi hüceyrələr sümüklərinizi, bəziləri qaraciyərinizi, bəziləri böyrəklərinizi, digərləri də gözlərinizi təşkil edir. Lakin qaraciyəri, sümüyü və ya gözləri təşkil edən hüceyrələrin yalnız birləşməsi kifayət deyil. Bunlar həm də öz aralarında fərqlənməlidir. Məsələn, sümük hüceyrələri bərpa edəcəkləri sümüyün orqanizmin hansı hissəsində olduğunu müəyyən edərək həmin yerə getməli və uyğun formanı almalıdır.

 

Ayaqlarınızdakı sümük hüceyrələri sanki heykəltəraş kimi işləyərək qövsşəkilli, barmaqlar üçün girintili-çıxıntılı qüsursuz ayaq sümükləri yaradır. Kəllənizi təşkil edən sümük hüceyrələri də sanki beynin ölçülərini müəyyən edərək girintili-çıxıntılı olmayan, beyni tam əhatə edən sümük təbəqəsi əmələ gətirir. Kəllə sümüyü nə beyini sıxacaq şəkildə kiçik, nə də insanın öz başını gəzdirməsini çətinləşdirəcək qədər böyük olmur.

 

Onlara hansı formanı vermək lazım olduğunu, hansı hüceyrənin funksiyanı yerinə yetirəcəklərini çox yaxşı bilərək sümüklərə qüsursuz forma verən hüceyrələrin şüurunun mənbəyi haradandır?

Onlara bu incə planı ilham edən Rəbbimizdir. Ayələrdə Allahın misilsiz elmi haqqında belə bildirilir:

 

“Göylərdə və yerdə kim varsa Onundur. Hamısı Ona boyun əyər! Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da yenidən dirildəcək Odur. Bu Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət  yalnız Ona məxsusdur. O, yenilməz qüvvə və Hikmət sahibidir!”. (Rum surəsi, 26-27)