Hər işin öhdəsindən gələn qabiliyyətli əllərimiz

Kitabın səhifələrini çevirmək, avtomobilin qapısını açmaq, əl yumaq... Bunlar əllərimizdən istifadə etməklə, heç bir çətinlik çəkmədən və daim gördüyümüz işlərdir. Əllərimizdən buna bənzər yüzlərlə müxtəlif işlərdə istifadə edə bilərik.

 

Əlimiz o qədər güclüdür ki, onları yumruq kimi sıxmadan da bir əşyanın üzərinə 45 kq ağırlığında bir zərbə endirə bilərik. Belə qüvvə tələb edən işlərlə yanaşı əllərimizdən istədiyimiz vaxt, məsələn, iynəni saplamaq kimi ən incə işlərdə də istifadə edirik. Bu işlərdən birində böyük qüvvə tələb olunduğu halda, digərində incəlik tələb olunur. Lakin çox vaxt biz bu işləri görərkən əslində əlimizin nə qədər mühüm bir iş yerinə yetirdiyinə heç diqqət də etmirik. Yəni heç vaxt “indi masanın üzərindən kağız götürəcəm, yaxşısı budur 500 qramlıq qüvvə sərf edim” və “indi topu atmaq üçün 5 kq-lıq qüvvə sərf edim” deyə düşünmürük. Bütün bunları heç bir şey fikirləşmədən, avtomatik olaraq edirik. Çünki Allah bizi qüsursuz şəkildə yaratmışdır. Əlimizdə olan bu misilsiz qabiliyyət Allahın bənzərsiz yaratması sayəsində mümkün olmuşdur.

 

Alimlərin ən böyük məqsədlərindən birinin insan əlinə bənzər əl yaratmaq olduğunu bilirdinizmi? Hazırlanan əllər güc baxımından hər nə qədər insan əllərinə bənzəsə də bizim əlimizdə olan lamisə hissinə və müxtəlif işləri eyni vaxtda görə bilmək qabiliyyətinə malik deyil.

 

Əslində alimlərlərin çoxu  insan əlinin bütün funksiyalarını yerinə yetirə bilən bir robot əlin hazırlanmasının mümkün olmadığını qəbul edirlər. “Karlsrue əli” adlandırılan robot əli hazırlayan mühəndis Hans C.Şneebeli bununla bağlı belə deyir:

 

“Robot əllər üzərində nə qədər çox işləyirəmsə, insanlarda olan əllərə də bir o qədər çox heyran oluram. İnsan əlinin gördüyü işin hətta bir hissəsini bacara bilən robot əli hazırlamağımız üçün uzun zaman keçməlidir”

 

Müasir texnologiyanın köməyi ilə oxşarı hazırlana bilməyən əllərimizi Allah xüsusi quruluşda yaratmışdır. Əllərimiz Allahın qüsursuz yaratmasının dəlilidir.

 

Allahdan başqa bir yaradıcı yoxdur. Allah bir ayədə Özündən başqa Tanrı olmadığını bildirərək bu həqiqəti görməyən insanlara belə səslənir:

 

“De ki: “Göylərin və yerin Rəbbi kimdir?” de ki: “Allahdır!” De ki: “Belə olduqda özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən özünüzə dostmu, hamimi edirsiniz?” De ki: “Heç korla görən və ya zülmətlə nur iman eyni ola bilərmi?! Yoxsa müşriklər ona görə Allaha şərik qoşdular ki, bütlər də Allahın yaratdığı kimi yaratdılar və onların nəzərində Allahın yaratdığı (məxluqata) oxşadı?!” De ki: “Allah hər şeyin xaliqidir. O, hər şeyə qalib olan tək bir Tanrıdır!” (Rəd surəsi, 16)